SW
Baş tibb bacısı (Bakı, Sumqayıt)
SwissDent
İş barədə məlumat:
• Bölmənin işinin təşkili və idarə edilməsi
• Tabeliyindəki işçi heyətinin işinə nəzarət, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi
• Tibbi otaqların müayinəyə/müalicəyə hazırlanmasının təşkili və təmini
• Sterilizasiya işinin idarə olunması
• Klinika, o cümlədən ümumi inzibati binanın təmizliyini təmini, işin təşkili
• Tibbi anbarın nəzarətdə saxlanılması; mal qəbulu/çıxışının uçotu, protokola uyğun saxlanılması, sərfiyyata nəzarət, inventarizasiyada iştirak
• İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması
• Fəaliyyətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin icrası
• İş rejimi: həftənin 6 günlük
• Rəqabətə dayanan əmək haqqı və dövrü performans göstəricilərinə uyğun mükafat
Требования
- Sahə üzrə minimum orta ixtisas təhsili
- Əlaqədar sahədə minimum 3 il iş təcrübəsi
- Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik
- Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilmək
- Epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları haqqında anlayış
- Azərbaycan dilində səlis nitq qabiliyyəti, Rus dili üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- İdarəetmə, komandada işləmə bacarığı
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.