Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Təsvir
• Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının yaradılması prosesində iştirak edir;
• Biznes və Korporativ müştərilərə şamil edilən hər növ bank məhsullarının satışına və xidmətinə dəstək olan alətlərin hazırlanması və inkişaf etdirilməsində iştirak edir;
• Satış personalının maddi və qeyri-maddi motivasiyasını yaradılmasına dair təkliflər verir;
• Satışlarda yeni texnologiyalardan istifadə olunmasına yardım edir;
• Bankın digər struktur bölmələri ilə işləri koordinasiya etməklə korporativ satışları həyata keçirən struktur bölmələrə dəstək göstərir;
• Biznes hesabatlarını hazırlayır, təhlil edir və nəticələrini işıqlandırır;
• Maddi və qeyri-maddi motivasiya sisteminə nəzarət edir və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
• Biznes hesabatlarının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üçün təkliflər verir;
• Korporativ satışları həyata keçirən struktur bölmələrin fəaliyyətini optimallaşdırmaq məqsədi ilə əlaqəli struktur bölmələrlə birgə layihələr aparır;
• Bütün növ biznes kredit məhsullarının yaradılması, mövcud məhsulların şərtlərinin dəyişdirilməsi və restrukturizasiya şərtlərinin müəyyən edilməsi prosesində iştirak edir;
• Satış texnologiyalarının və kredit təhlil formalarının təkmilləşdirilməsini təmin edir;
• Satışların stimullaşdırılması məqsədilə mütəmadi kampaniyaların təşkilində iştirak edir;
• Səlahiyyətinə dair rəhbərlik tərəfindən verilən digər tapşırıqları həyata keçirir.
Требования
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar);
- Bank sektorunda, üstünlük olaraq korporativ bankçılıq sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Korporativ bankçılıq məhsulları, satış və xidmət prosesləri üzrə biliklər;
- Biznes proseslərinin təhlili, test edilməsi və optimallaşdırılması, biznes tələblərinin hazırlanması, habelə bank məhsullarının inkişafı üzrə bilik və təcrübə;
- Bank qanunvericiliyi, normativ-hüquqi aktlar və daxili qaydalar üzrə biliklər, problemlərin təhlili və onların həlli üzrə təkliflər hazırlamaq bacarığı;
- Müştəri təcrübəsinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması və proseslərin sadələşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etmək bacarığı;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı, nəticəyönümlülük, təşəbbüskarlıq və innovativ yanaşma;
- Güclü yazılı və şifahi ünsiyyət, təqdimat və danışıqlar aparmaq, habelə bankdaxili struktur bölmələrlə effektiv əməkdaşlıq və koordinasiya bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini isə işgüzar səviyyədə bilmək üstünlük hesab olunur.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.