Вакансии
MM

Biznesin İnkişafı və Xarici Əlaqələr üzrə Menecer (Tibb və Əczaçılıq)

Makromed MMC

Business Development Manager – Pharmaceutical Sector

Makromed əczaçılıq sektorunda yeni müştərilərin cəlb edilməsi, yerli və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi məqsədilə Biznesin İnkişafı üzrə Menecer axtarır.

Əsas vəzifələr

• Yerli və xarici bazarlarda yeni müştəri və biznes tərəfdaşlarının tapılması;

• Əczaçılıq şirkətləri, istehsalçılar və distributorlarla əlaqələrin qurulması;

• Şirkətin xidmətlərinin təqdim edilməsi və kommersiya danışıqlarının aparılması;

• Kommersiya təkliflərinin hazırlanması və müqavilənin bağlanmasına qədər prosesin idarə olunması;

• Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi;

• Yeni bazar və biznes imkanlarının araşdırılması;

• Satış və Business Development proseslərinin sistemli şəkildə idarə olunması;

• Beynəlxalq sərgi, konfrans və biznes görüşlərində şirkətin təmsil olunması;

• Müəyyən edilmiş biznes və satış hədəflərinə nail olunması.

Требования

  • Ali təhsil – əczaçılıq, tibb, kimya və ya iqtisadiyyat ixtisasları üzrə;
  • Business Development, B2B satış və ya əlaqəli sahədə iş təcrübəsi;
  • Əczaçılıq sektorunda təcrübə üstünlükdür;
  • Yeni müştərilərin cəlb edilməsi və işgüzar danışıqlar aparılması üzrə praktiki bacarıq;
  • Əvvəlki fəaliyyətində əldə etdiyi real və ölçülə bilən nəticələri göstərə bilmək;
  • Güclü kommunikasiya, təqdimat və danışıqlar bacarığı;
  • Analitik və kommersiya düşüncəsi;
  • Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq.
  • Dil bilikləri
  • İngilis dili – sərbəst danışıq və işgüzar ünsiyyət səviyyəsində mütləqdir;
  • Rus dili biliyi üstünlükdür;
  • Digər xarici dillərin bilinməsi əlavə üstünlük hesab olunur.
  • İngilis dilində sərbəst ünsiyyət qura bilməyən namizədlərdən müraciət etməmələri xahiş olunur.
  • Kompüter və texnologiya bacarıqları
  • Microsoft Excel, Word və PowerPoint proqramları ilə işləmək bacarığı;
  • CRM və digər biznes proqramları ilə işləmək bacarığı;
  • Süni intellekt (AI) alətlərindən araşdırma, analiz, yazışma və iş proseslərində effektiv istifadə etmək bacarığı;
  • Yeni proqram və texnologiyaları tez mənimsəmək qabiliyyəti.
  • Üstünlük veriləcək namizədlər
  • Əczaçılıq sektorunda B2B satış və Business Development təcrübəsi olan;
  • Xarici istehsalçılar və distributorlarla işləmiş;
  • Dərman qeydiyyatı, Regulatory Affairs və Pharmacovigilance sahələri haqqında ümumi anlayışı olan;
  • Beynəlxalq bazarlarda iş və danışıqlar təcrübəsinə malik;
  • Əczaçılıq sektorunda formalaşmış biznes əlaqələri olan namizədlər.
  • İş şəraiti
  • İş qrafiki: həftədə 5 gün;
  • İş saatı: 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Nəsimi metrosunun yaxınlığı;
  • Xarici şirkətlər və beynəlxalq layihələrlə işləmək imkanı;
  • Əmək haqqı namizədin təcrübəsi, bacarığı və əvvəlki nəticələrinə uyğun müəyyən edilir;
  • Nəticəyə əsaslanan bonus sistemi nəzərdə tutula bilər.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
  • CV-də əvvəlki vəzifələrlə yanaşı, əldə edilmiş konkret biznes nəticələrinin, cəlb edilmiş müştərilərin və uğurlu layihələrin qeyd olunması arzuolunandır.
  • Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Назад
MM
Biznesin İnkişafı və Xarici Əlaqələr üzrə Menecer (Tibb və Əczaçılıq)
Makromed MMC
Откликнуться
Опубликовано: 08 августа 2026
Дедлайн: 08 сентября 2026
Компания Makromed MMC
ID источника 147967
Просмотры 3

Detail.Share