Вакансии
PT

Bulud məhsulları üzrə menecer

PASHA Technology

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” MMC  “Bulud məhsulları üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

• Arxitektorlar tərəfindən hazırlanmış mürəkkəb infrastruktur imkanlarının (SDDC, NSX şəbəkəsi, OpenShift klasterləri, Veeam/Zerto replikasiyası) aydın dəyər təkliflərinə, paketləşdirilmiş xidmətlərə və satış üçün hazır həll təqdimatlarına çevrilməsi.

• Satış və Pre-Sales komandaları üçün məhsul üzrə təlimatların (product playbook), təqdimatların (pitch deck), rəqiblərlə müqayisə materiallarının (competitive battlecard), RFP şablonlarının və kvalifikasiya matrislərinin hazırlanması və təqdim edilməsi.

• İri korporativ satış imkanları üzrə həllər arxitektorları ilə birgə işləyərək texniki həllərin kommersiya paketlərinə, müştəri büdcəsinə və hədəflənən mənfəət marjasına uyğunluğunun təmin edilməsi.

• Məhsulun texniki və arxitektura üzrə inkişaf yol xəritəsinin prioritetləşdirilməsi məqsədilə satış komandasından müştəri rəylərinin, itirilmiş satış imkanlarının təhlilinin və bazar tələblərinin sistemli şəkildə toplanılması və təhlil edilməsi.

• Bulud xidmətləri portfeli üzrə məhsulların tam inkişaf yol xəritəsinin (product roadmap) müəyyən edilməsi, idarə olunması və həyata keçirilməsi.

• IaaS və hesablama resursları (Compute): Multi-tenant Virtual Data Center-lər (vCloud Director), Dedicated Compute və yüksək performanslı Storage səviyyələrinin inkişaf etdirilməsi və idarə olunması.

• PaaS və Cloud-Native: İdarə olunan Red Hat OpenShift / Kubernetes klasterləri, Managed Database xidmətləri və CI/CD alətlərinin inkişaf etdirilməsi və idarə olunması.

• Məlumatların saxlanılması və idarə edilməsi: Arxivləşdirmə və bulud tətbiqləri üçün S3-compatible object storage xidmətlərinin inkişaf etdirilməsi.

• Davamlılıq xidmətləri: İdarə olunan Backup-as-a-Service (Veeam əsasında BaaS) və Disaster Recovery-as-a-Service (Zerto əsasında DRaaS) xidmətlərinin inkişaf etdirilməsi və idarə olunması.

• Məhsulun araşdırılması və konsepsiyasının formalaşdırılmasından MVP-nin bazara çıxarılmasına, miqyaslandırılmasına, funksionallığın təkmilləşdirilməsinə və köhnəlmiş məhsul və xidmətlərin mərhələli şəkildə dayandırılmasına qədər tam məhsul həyat dövrünün idarə olunması.

• Hər bir bulud məhsulu üzrə etibarlı maliyyə modellərinin, ümumi sahibolma dəyəri (Total Cost of Ownership – TCO) göstəricilərinin və mənfəət marjası təhlillərinin hazırlanması və aktual saxlanılması.

• Bazar tələblərinə uyğun dinamik qiymətləndirmə modellərinin – abunəlik (subscription), istifadəyə görə ödəniş (pay-as-you-go / consumption-based), rezerv edilmiş resurslar (reserved instances), ehtiyac yarandıqda artırıla bilən resurslar (burstable resources) və idarə olunan xidmət səviyyələrinin – müəyyən edilməsi.

• Maliyyə və satınalmalar komandaları ilə əməkdaşlıq çərçivəsində CAPEX/OPEX səmərəliliyinin, eləcə də hesablama və məlumat saxlama resursları üzrə vahid iqtisadiyyatının (unit economics) optimallaşdırılması.

• Satış komandası ilə sıx əməkdaşlıq çərçivəsində yeni bulud xidmətlərinin bazara çıxarılması üzrə Go-to-Market (GTM) strategiyasının hazırlanması və həyata keçirilməsi.

• Bazardakı boşluqların və fərqlənmə imkanlarının müəyyən edilməsi məqsədilə yerli bulud provayderləri, regional CSP-lər və qlobal hyperscaler-lər (AWS, Azure, Google Cloud) üzrə mütəmadi rəqabət təhlillərinin aparılması.

• Korporativ müştərilərin, maliyyə sektorunun, o cümlədən bank tənzimləmələrinin və dövlət standartlarının tələblərinə uyğun Xidmət Səviyyəsi Razılaşmalarının (Service Level Agreement – SLA), xidmət şərtlərinin və uyğunluq üzrə baza tələblərinin müəyyən edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

• Kompüter elmləri, İnformasiya texnologiyaları, Biznesin idarə edilməsi və ya müvafiq istiqamət üzrə bakalavr və ya magistr dərəcəsinin olması.

Təcrübə və bacarıqlar

• B2B İT/texnologiya sahəsində minimum 5 il ümumi iş təcrübəsinin, o cümlədən Cloud Service Provider (CSP), Managed Service Provider (MSP), telekommunikasiya şirkəti və ya İT Sistem İnteqratorunda Məhsul menecer, Texniki məhsullar üzrə menecer və ya Məhsul sahibi rolunda minimum 2–3 il iş təcrübəsinin olması.

• Pre-Sales, sistem mühəndisliyi və ya həllər arxitekturası sahəsində iş təcrübəsinin və sonradan məhsulun idarəetməsi istiqamətinə keçid təcrübəsinin olmasına üstünlük verilir.

• B2B bulud, məlumatların qorunması və ya infrastruktur xidmətlərinin konsepsiya mərhələsindən kommersiya istifadəsinə verilməsinə qədər uğurla həyata keçirilməsi üzrə təsdiqlənmiş təcrübənin olması.

• Bulud İnfrastrukturu (IaaS): Korporativ virtuallaşdırma və bulud platformaları – VMware ekosistemi, vCloud Director, SDS/vSAN və Software-Defined Networking/NSX üzrə əsaslı biliklərin olması.

• Konteynerlər və Cloud-Native (PaaS): Konteyner platformaları (Red Hat OpenShift, Kubernetes), mikroservis arxitekturası və müasir tətbiqlərin yerləşdirilməsi tələbləri üzrə konseptual biliklərin olması.

• Məlumatların davamlılığı (BaaS/DRaaS): Korporativ backup və Disaster Recovery həlləri (Veeam Backup & Replication, Veeam Cloud Connect, Zerto, immutable S3 Object Storage) üzrə praktiki biliklərin olması.

• Bulud biznes modelləri: Multi-tenant bulud iqtisadiyyatı, resursların ölçülməsi və hesablanması (metering/billing), istifadə həcminin izlənilməsi və SLA modelləri üzrə güclü biliklərin olması.

• P&L yanaşması, qiymətləndirmə strategiyası, mənfəət marjasının təhlili və bazar həcminin qiymətləndirilməsi üzrə güclü kommersiya biliklərinin olması.

• Məhsul üzrə əsas performans göstəricilərinin (KPI) – ARR/MRR, ARPU, Churn Rate, Resource Utilization və Customer Acquisition Cost (CAC) – müəyyən edilməsi, izlənilməsi və təhlil edilməsi bacarığının olması.

• Mürəkkəb texniki anlayışların C-level rəhbərlərə və kommersiya komandalarına sadə və aydın formada izah edilməsi üçün yüksək səviyyəli təqdimat və məlumatı strukturlaşdırılmış şəkildə çatdırmaq bacarıqlarının olması.

• Müxtəlif funksional komandalar arasında effektiv əməkdaşlığın və liderliyin təmin edilməsi, danışıqların aparılması və münaqişələrin həll edilməsi üzrə yüksək səviyyəli bacarıqların olması.

• Müştərilərin biznes ehtiyaclarının və problemlərinin, eyni zamanda texniki komandaların məhdudiyyətlərinin düzgün anlaşılması və balanslaşdırılması bacarığının olması.

Aşağıdakı sertifikatların olması üstünlük hesab edilir:

• Product Management: Pragmatic Institute, AIPMM, Certified Scrum Product Owner (CSPO).

• Cloud / Technical: VMware VCF/VCD Fundamentals, AWS/Azure Cloud Practitioner / Solutions Architect Associate və ya Red Hat üzrə fundamental sertifikatlar.

Dil bilikləri:

• Azərbaycan dili - Ana dili

• İngilis dili - Yaxşı

• Rus dili – Yaxşı

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Назад
PT
Bulud məhsulları üzrə menecer
PASHA Technology
Откликнуться
Опубликовано: 24 августа 2026
Дедлайн: 24 сентября 2026
Компания PASHA Technology
ID источника 149260
Просмотры 2

Detail.Share