Tİ
Chef Barista (Baş Barista)
TAİS İKF
Şirinpay restoranları üzrə qəhvə istiqamətini idarə edəcək təcrübəli və peşəkar Chef Barista (Baş Barista) axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
• Qəhvə hazırlanma standartlarının qurulması və nəzarəti
• Eyni anda bir neçə qəhvə nöqtəsinin idarə olunması
• Klassik və xüsusi içkilərdən ibarət qəhvə menyusunun hazırlanması
• Reseptlərin və əməliyyat proseslərinin yaradılması
• Kuppinqlərin təşkili və keçirilməsi
• Baristaların təlimi və inkişafı
• Bütün məkanlar üzrə dad və keyfiyyətin eyni standartda saxlanılması
• Yeni məkanların açılışında iştirak
• Mövsümi içki və məhsulların hazırlanması və tətbiqi
• Avadanlıq və servis proseslərinə nəzarət
Требования
- Chef Barista kimi minimum 3–5 il iş təcrübəsi
- Eyni anda ən azı 2 qəhvə nöqtəsini idarə etmə təcrübəsi
- Qəhvə menyusunun hazırlanması üzrə praktiki təcrübə
- Komanda idarəetmə və təlim vermə bacarığı
- Üstünlükdür:
- Beynəlxalq qəhvə brendlərində iş təcrübəsi
- Qəhvə məkanlarının sıfırdan qurulması təcrübəsi
- Franşiza şəbəkələri ilə iş təcrübəsi
- Premium (specialty coffee) sahəsində təcrübə
- Qəhvə bazarı trendlərini izləmə bacarığı
- Şəxsi keyfiyyətlər:
- Sistemli və strateji düşüncə
- Yüksək dad və keyfiyyət standartlarına diqqət
- Komanda qurmaq və inkişaf etdirmək bacarığı
- Proaktiv və təşəbbüskar yanaşmaların olması
Почему мы?
- Dinamik və inkişaf yönümlü iş mühiti
- Böyüyən şəbəkədə karyera imkanları
- Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Chef Barista (Baş Barista)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.