Data idarəçiliyi üzrə baş mütəxəssis
Təsvir
• Data idarəçiliyi üzrə siyasətlərinin, standartlarının, prosedur və metodoloji sənədlərin hazırlanması
• Data idarəçiliyi üzrə vəzifələr (data sahibi, data stüard və s.), öhdəliklər və idarəetmə strukturlarının (komitələr, işçi qrupları) fəaliyyətinin təkmilləşdirilməsi
• Data keyfiyyəti göstəricilərinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
• Data idarəçiliyi ilə bağlı texniki həllərin (data kataloq və s.) idarəedilməsi və qabaqcıl texnologiyaların tətbiq edilməsi
• Metaməlumatların (tərif, iş anlayışları və s.) data kataloqunda sənədləşdirilməsi və aktuallığına nəzarət edilməsi
• Master data idarəetməsi (MDM) təşəbbüslərinin dəstəklənməsi
• Məlumatların təsnifatı, qriflənməsinin və təhlükəsizliyinə dəstək göstərilməsi
• Məlumatların həyat dövrü (yaradılması, toplanılması, saxlanması, işlənməsi, paylaşılması, arxivləşdirilməsi və silinməsi) üzrə qaydaların tənzimlənməsi və metodoloji sənədlərin tərtib olunmasında iştirak edir, habelə tərtib olunmuş tənzimləyici sənədlərə uyğunlaşmağa dəstək göstərilməsi
• Data ilə bağlı layihələrdə (rəqəmsallaşma, inteqrasiya və s.) data idarəçiliyi üzrə ekspert dəstəyinin göstərilməsi
• Data risklərinin qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin təklif edilməsi
• Data idarəçiliyi üzrə hesabatların hazırlanması
• Data idarəedilməsi üzrə yetkinlik səviyyəsinin qiymətləndirilməsi (maturity assessment), boşluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi
• Agentliyin əməkdaşlarının Data idarəçiliyi üzrə savadlılığının qiymətləndirilməsi və artırılması istiqamətində təlimlərin keçirilməsi
• Azərbaycanda məlumatların idarə edilməsi (Data Governance) Strategiyasının icrası və hədəflənən arxitekturası (çərçivəsi) tətbiqində iştirak edilməsi
• Dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqində iştirak edilməsi
• “Dövlət məlumat hövzəsi”nin yaradılması və dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyasında iştirak edilməsi
• Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsində iştirak edilməsi
• Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi və diaqnostika nəticəsində Rəqəmsallaşma üzrə Yol Xəritəsinin hazırlanmasında iştirak edilməsi
Требования
- Ali təhsil (İnformatika, Statistika, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə)
- Data idarəçiliyi sahəsində 3-5 il təcrübə
- Data idarəetməsi çərçivələri (DAMA-DMBOK və s.) üzrə dərin biliklər.
- Güclü analitik düşüncə, problem həll etmə və qərar qəbuletmə bacarığı
- Təşkilat daxilində və xaricindəki maraqlı tərəflər ilə işləmək bacarığı
- OpenMetadata, Ataccama kimi data idarəçiliyi alətlərində təcrübə
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı
- Beynəlxalq data tənzimləmələri və standartları ilə tanışlıq
- Data idarəçiliyi və ya data keyfiyyəti üzrə beynəlxalq sertifikatlar (CDMP, ISO 8000 və s.) üstünlük təşkil edir
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.