Вакансии
SU

E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis

Supertoys

Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.

Должностные обязанности

  • Supertoys-un e-ticarət platforması və marketplace kanallarında(Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
  • Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi;
  • Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi;
  • SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
  • Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək;
  • Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq;
  • Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək;
  • Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək;
  • Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək;
  • Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq;
  • Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;
  • Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək;
  • Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq;
  • Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək;

Требования

  • E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi;
  • Marketplace platformalarının iş prinsiplərini bilməsi;
  • Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə;
  • Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı;
  • Rus və ya ingilis dilini bilmək üstünlükdür.
  • Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür.
  • Əmək haqqı: 1000-1200 AZN (Əməkdaşın bilik və bacarıqlarına uyğun təyin olunacaq)
  • Müraciət üçün  CV-lərinizi mövzu hissəsində vəzifə adını “E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Назад
SU
E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis
Supertoys
Откликнуться
Опубликовано: 20 августа 2026
Дедлайн: 20 сентября 2026
Компания Supertoys
ID источника 149019
Просмотры 1

Detail.Share