Вакансии
AC

Elektrik mühəndisi

Avant Construction

Vəzifə funksiyaları:

• Dəmir-beton qəlib və armatur mərhələsində elektrik kanalları, rozet qutuları, torpaqlama keçiriciləri və baş paylayıcı lövhə (pano) birləşmə rezervasiyalarının layihəyə uyğunluğunu nəzarət etmək.

• Torpaqlama və ildırımdan mühafizə sistemlərinin (IEC 62305) layihə və tətbiq nəzarətlərini aparmaq.

• Müvəqqəti şantiyə elektrik qurğusunun təhlükəsiz və səmərəli işləməsini təmin etmək.

• Elektrik layihələrini (işıqlandırma, rozetka, qüvvə, zəif cərəyan, yanğın aşkarlama, BMS) memarlıq, mexaniki və statik layihələrlə koordinasiyalı şəkildə yoxlamaq, çatışmazlıqları aşkarlamaq və düzəliş (reviziya) tapşırıqları hazırlamaq.

• Podratçı və alt-podratçıların gördüyü işlərin layihə, şərtnamə və standartlara uyğunluğunu nəzarət etmək.

• Material təsdiq proseslərini (Material Submittal) idarə etmək və texniki qiymətləndirmələri aparmaq.

• Elektrik və zəif cərəyan sistemləri üçün əhatəli tender (müqavilə müsabiqəsi) texniki şərtnamələrini hazırlamaq və yeniləmək.

• Gələn təklifləri texniki cəhətdən qiymətləndirmək, müqayisə etmək və podratçı seçim prosesinə töhfə vermək.

• Müqavilənin texniki əlavələrini hazırlamaq.

• Sınaq və istismara vermə (Testing & Commissioning) proseslərində iştirak etmək və nəticələri qiymətləndirmək.

• As-Built sənədlərinin, istismar və texniki xidmət (O&M) kitabçalarının yoxlanılmasını aparmaq.

• Qəbul aktlarının hazırlanmasına töhfə vermək.

• Hündürmərtəbəli (20+ mərtəbə) yaşayış və ya qarışıq istifadəli layihələrdə elektrik mühəndisi kimi ən azı 5 il iş təcrübəsi.

• Eyni ölçülü (100+ metr hündürlük) layihələrdə şantiyə nəzarəti və layihə idarəetmə təcrübəsi — mütləqdir.

• Tender sənədlərinin hazırlanması və texniki şərtnamə yazma təcrübəsi.

Требования

  • Təhsil: Ali  (Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr / magistr)
  • Alçaq və orta gərginlik şəbəkələri, transformator (yarımstansiya) mərkəzləri, ehtiyat enerji sistemləri (generator, UPS).
  • Hündürmərtəbəli (20+ mərtəbə) yaşayış və ya qarışıq istifadəli layihələrdə elektrik mühəndisi kimi ən azı 5 il iş təcrübəsi.
  • Eyni ölçülü (100+ metr hündürlük) layihələrdə şantiyə nəzarəti və layihə idarəetmə təcrübəsi — mütləqdir.
  • IEC, IEEE, NFPA — beynəlxalq elektrik və yanğın standartları
  • IEC 62305 — ildırımdan mühafizə, AZS və yerli normativlər (SNiP)
  • AutoCAD: mütləq, (MS Project / Primavera P6. Navisworks (BIM) və Power BI) bilikləri üstünlükdür.
  • İş Şəraiti:
  • İş qrafiki: 6 gün
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Назад
AC
Elektrik mühəndisi
Avant Construction
Откликнуться
Опубликовано: 12 августа 2026
Дедлайн: 12 сентября 2026
Компания Avant Construction
ID источника 148261
Просмотры 2

Detail.Share