Вакансии
AM

Elektromexanik

AzerBlast MMC

Gəncə şəhərinə - “AzerBlast” MMC-nin Partlayıcı maddələr zavoduna Elektromexanik vəzifəsinə vakansiya elan edilir:

Должностные обязанности

  • Elektrik və mexaniki texniki xidmət qrafikinin fasiləsiz yerinə yetirilməsi;
  • Nasaz və ya zədələnmiş elektrik və mexaniki komponentlərin təmiri və ya ehtiyat hissələrinin təmin edilməsi üçün sorğu verilməsi;
  • Yeni təkmilləşdirmə layihələri üçün elektrik və mexaniki sistemlərin quraşdırılmasının həyata keçirilməsi;
  • Əməyin mühafizəsi, işçilərin sağlamlığı və ətraf mühitin mühafizəsi tələblərinə uyğun işlənilməsi;
  • Elektrik və mexaniki ehtiyat hissələrinin emalatxanada nizamlı şəkildə saxlanılmasının təmin edilməsi və nasaz, lakin bərpası mümkün olan hissələrin təmir olunması;
  • Zavod daxilində qeyri-adi halların, bədbəxt hadisələrin və ya avadanlıq nasazlıqlarının qeydə alınması və rəhbərliyin məlumatlandırılması;
  • Təmir və ya texniki xidmət işlərinə başlamazdan əvvəl iş icazəsi formasının alınması və həmin formadakı şərtlərə riayət edilməsi;
  • Zavod daxilində fasiləsiz işləyən avadanlıqların müntəzəm elektrik və mexaniki yoxlamalarının aparılması,mexanika qrupları ilə əlaqəli şəkildə fəaliyyət göstərilməs;
  • Namizədə qarşı tələblər:
  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;.
  • Yaxşı təşkilatçılıq qabiliyyəti,eyni vaxtda çoxsaylı məsələlərin həlli:
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının  texnologiyası üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
  • Elektrikçi kimi ən azı 5 illik iş təcrübəsinin olması arzuolunandır. Həmçinin yüksək gərginlik, orta gərginlik və idarəetmə sistemləri haqqında biliyə malik olmalıdır.
  • Bilməli olduğu qayda və təlimatlar:
  • Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
  • Təhsili: Ali texniki
  • Dil bilikləri: Azərbaycan dili  – səlis; Türk dili – yaxşı; İngilis dili-arzuolunandır;
  • İş yeri Gəncə şəhəri
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Назад
AM
Elektromexanik
AzerBlast MMC
Откликнуться
Опубликовано: 17 августа 2026
Дедлайн: 17 сентября 2026
Компания AzerBlast MMC
ID источника 148641
Просмотры 2

Detail.Share