Informasiya təhlükəsizliyi GRC üzrə baş mütəxəssis
Təsvir
• İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması, standartlara uyğunluğunun təmin edilməsi prosesində iştirak;
• ISO 27001, SANS CIS CSC və NIST və Agentlikdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan informasiya təhlükəsizliyi risklərinin təhlil edilməsi;
• İnformasiya təhlükəsizliyi strategiyasına uyğun olaraq, kiber idarəetmə və risklərin idarə edilməsinə nəzarət edilməsi;
• İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün kontrolların və proseslərin dövri olaraq nəzərdən keçirilməsinin planlaşdırılması və nəzarət edilməsi;
• İT və informasiya təhlükəsizliyi ilə bağlı Agentliyin risklərinin idarə edilməsi, ISO standartlarına uyğunluğunun və fərdi məlumatların mühafizəsi fəaliyyətlərinin dəstəklənməsi, lazımi siyasətlərin və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi;
• İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üçün lazımi tapşırıqların planlaşdırılması və nəzarət edilməsi;
• Təklif olunan yeni texnoloji həllər və proseslərin Agentliyin təhlükəsizlik siyasətinə və müvafiq qaydalara uyğunluğunun təmin edilməsi, bu tələblərə qarşı boşluqların təhlilinin aparılması və sənədləşdirilməsi;
• İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramı üçün strategiya, məqsəd və hədəflərin hazırlanması;
• Agentliyin informasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin ("maturity level") müəyyənləşdirilib inkişaf etdirilməsi;
• Tələb olunan və ya tapşırılan hər hansı digər əlaqəli vəzifələrin yerinə yetirilməsi.
Требования
- İT və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili;
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 4-5 il iş təcrübəsi;
- CISSP, CRISC, CISA, CISM, CGRC və ya ekvivalent sertifikatın olması.
- Risklərin qiymətləndirilməsi və İT audit prosesləri üzrə bilik və təcrübənin olması;
- Azərbaycan və ingilis dillərində fikri anlamaq və səlis ifadə etmək bacarığı, rus dili azruolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda işinin qurulması və maraqlı tərəflər ilə kommunikasiyanın qurulması bacarığı.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.