Вакансии
GC

İnşaat Mühəndisi

Gallco Construction & Engineering Company

“GALLCO Construction” MMC İnşaat Mühəndisi vakansiyasını elan edir:

Должностные обязанности

  • Tikinti və təmir işlərinin, istehsalat proseslərinin, eləcə də texniki xidmət işlərinin icrasına nəzarət etmək;
  • Təmir-tikinti işləri üzrə iş planlarını hazırlamaq və işlərin istehsalat planına, layihə sənədlərinə və normativ tələblərə uyğun icrasını təmin etmək;
  • Tikinti və təmir işlərinin texnoloji ardıcıllıqla yerinə yetirilməsinə və işlərin keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət etmək;
  • Layihələrin icrası üçün tələb olunan material və avadanlıqların uyğunluğunu yoxlamaq, onların vaxtında təmin edilməsini koordinasiya etmək;
  • Tikinti işlərinin təsdiq edilmiş plan və büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək, yaranan kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsini və əsaslandırılmasını təmin etmək;
  • İşçi briqadalarının iş bölgüsünü təşkil etmək, istehsalat tapşırıqlarını vermək və icrasına nəzarət etmək;
  • Tikinti sahəsində işlərin mühəndislik baxımından idarə olunmasını və koordinasiyasını həyata keçirmək;
  • Tikinti prosesində əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və texniki norma və standartlara riayət olunmasını təmin etmək;
  • Görülən işlər barədə mütəmadi olaraq rəhbərliyə hesabat təqdim etmək.

Требования

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İnşaat mühəndisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti proseslərinin təşkili, layihələrin icrası və normativ sənədlərlə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı;
  • AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, operativ qərarvermə və komandada işləmək bacarığı;
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları.
  • İş şəraiti
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır;
  • Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanı.
  • Tələblərə uyğun namizədlərdən CV-lərini "İnşaat Mühəndisi" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
  • Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Назад
GC
İnşaat Mühəndisi
Gallco Construction & Engineering Company
Откликнуться
Опубликовано: 03 августа 2026
Дедлайн: 03 сентября 2026
ID источника 147506
Просмотры 1

Detail.Share