İK
İntensiv təqib üzrə kiçik mütəxəssis
İdeal Kredit BOKT
Təsvir
• Gecikmiş kredit portfelini gündəlik izləmək və müəyyən edilmiş prioritetlər üzrə borcalanlarla əlaqə yaratmaq;
• Telefon və digər təsdiq edilmiş kommunikasiya vasitələri ilə borcalanlarla ödənişlərin bərpasına yönəlmiş danışıqlar aparmaq;
• Gecikmənin səbəbləri və borcalanın ödəniş imkanları barədə məlumat toplamaq, nəticələri sistemdə düzgün əks etdirmək;
• Razılaşdırılmış ödəniş vədlərini izləmək və icra olunmayan öhdəliklər barədə vaxtında məlumat vermək;
• Təqib nəticələrini və ödəniş məlumatlarını sistemə vaxtında daxil etmək;
• Gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək;
• Daxili prosedurlara və məlumatların məxfiliyinə riayət etmək;
• Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək.
Требования
- Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü praktiki təcrübəsi olan namizədlərə də baxılır;
- Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində gecikmiş borcların təqibi üzrə təcrübə üstünlükdür;
- Yüksək ünsiyyət, dinləmə və inandırma bacarığı;
- Etirazları idarə etmək və nəticəyönümlü danışıqlar aparmaq bacarığı;
- MS Office, xüsusilə Excel üzrə baza səviyyədə işləmə bacarığı;
- Stressə davamlılıq, məsuliyyətlilik və nəticəyönümlülük.
- Üstünlük hesab olunur
- Problemli kreditlərin təqibi üzrə praktiki təcrübə;
- Kredit və müştəri məlumatları ilə işləmək təcrübəsi;
- Əvvəlki fəaliyyətində ödənişlərin bərpası üzrə real nəticələrin olması.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.