İşə qəbul üzrə mütəxəssis
“Nur Collection” MMC “İşə qəbul üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
• 5 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən təmin olunur
• Nahar fasiləsi: 13:00 - 14:00
• Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Əsas Vəzifələr:
• Şirkətin mağazaları üzrə işçi tələbatını müəyyən etmək və işə qəbul planını icra etmək;
• Mağaza rəhbərləri ilə mütəmadi əlaqə saxlamaq, aktiv və planlaşdırılan vakansiyaları müəyyən etmək, işçi ehtiyaclarını operativ şəkildə qarşılamaq;
• Vakansiya elanlarını hazırlamaq, uyğun platformalarda paylaşmaq və mütəmadi yeniləmək;
• CV-lərin təhlilini aparmaq, namizədlərin ilkin seçim və müsahibə mərhələlərini təşkil etmək;
• Müsahibələri planlaşdırmaq, namizədləri qiymətləndirmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
• İş təklifi prosesini koordinasiya etmək və namizədlərlə davamlı kommunikasiya aparmaq;
• Uğursuz namizədlərə seçim prosesinin nəticələri ilə bağlı vaxtında və peşəkar şəkildə geridönüş vermək;
• Açıq Qapı Günləri və kütləvi işə qəbul tədbirlərini təşkil etmək və koordinasiya etmək;
• Şirkəti karyera sərgilərində, universitet tədbirlərində və digər işə qəbul platformalarında təmsil etmək;
• İşdən ayrılan əməkdaşlarla çıxış (Exit) müsahibələri keçirmək, əldə olunan məlumatları analiz etmək və rəhbərliyə təkmilləşdirmə təklifləri təqdim etmək;
• Əmək bazarını və fashion retail sektorundakı işə qəbul trendlərini izləmək, yeni namizəd cəlbetmə kanallarını araşdırmaq;
• HR sənədləşməsini və işə qəbul prosesinin şirkətin daxili prosedurlarına uyğun icrasını təmin etmək;
• Employer Branding fəaliyyətlərinin həyata keçirilməsində və şirkətin işəgötürən brendinin gücləndirilməsində aktiv iştirak etmək.
Требования
- İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- İşə qəbul sahəsində minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübə üstünlükdür);
- Müsahibələrin keçirilməsi, namizəd qiymətləndirilməsi və kompetensiya əsaslı müsahibə metodları üzrə biliklər;
- İşə qəbul platformaları, sosial media və alternativ namizəd cəlbetmə kanalları ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür;
- Güclü kommunikasiya, təqdimat, təşkilatçılıq və analitik düşünmə bacarıqları;
- Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və komanda ilə effektiv işləmək bacarığı.
- Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.