Kameralara nəzarət üzrə mütəxəssis
“Nur Collection” MMC “Kameralara nəzarət üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
• 6 günlük iş həftəsi (6-ci gün qısa iş)
• Nahar şirkət tərəfindən təmin olunur
• Nahar fasiləsi: 13:00 - 14:00
• Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)
Əsas Vəzifələr:
• Kamera sistemlərinin iş prinsiplərini, parametrlərini və kamera baxış və analiz etmə sistemini yaxşı bilməlidir. (1-3 il iş təcrübəsi)
• İstehsalat sahəsində təhlükəsizlik və keyfiyyət nəzarəti üçün görüntülərin necə analiz ediləcəyini bilməlidir.
• Mağaza daxilində müştəri davranışlarını və satış proseslərini müşahidə edərkən düzgün qiymətləndirmə bacarığına sahib olmalıdır.
• Şübhəli vəziyyətləri, qayda pozuntularını və riskləri vaxtında müəyyən edə bilməlidir.
• Kamera görüntülərinin saxlanması, arxivləşdirilməsi və lazım olduqda geri dönüşün təmin edilməsi barədə biliklərə sahib olmalıdır.
• İşıqlandırma, rakurs və görüntü keyfiyyətini optimallaşdırma kimi texniki tənzimləmələri bilməlidir.
• Məxfilik və şəxsi məlumatların qorunması ilə bağlı hüquqi qaydalara riayət etməlidir.
• İstehsalat xəttində məhsul axınını, işçi fəaliyyətini və proseslərin düzgünlüyünü dəqiq izləyə bilməlidir.
• Problem yarandıqda kamera və nəzarət sistemlərində ilkin diaqnostika aparma bacarığı olmalıdır.
• Mağaza və istehsalda baş verən uyğunsuzluqlar haqqında rəhbərliyinə aydın, qısa və dəqiq hesabatlar təqdim etməyi bacarmalıdır.
Требования
- Orta/Ali təhsil
- Müvafik sahə üzrə minimum 3 il iş təcrübəsi
- Video arxiv axtarışı və görüntü çıxarma bacarığı;
- Problemləri operativ çözmək və məsuliyyətli olmaq;
- Komandada və təkbaşına işləmə qabiliyyəti;
- Təhlükəsizlik və nəzarət sahəsində çalışmış namizədlərə üstünlük verilir;
- Diqqətli, məsuliyyətli və operativ olmaq.
- Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Kameralara nəzarət üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.