Вакансии
FG

Kiçik Mütəxəssis - Biznesin İnkişafı Departamenti

FAB Group

FAB Şirkətlər Qrupu Biznesin İnkişafı Departamentinə “Kiçik Mütəxəssis” axtarır!

Karyeranıza güclü başlanğıc etmək, biznes proseslərinin qurulması və inkişafında iştirak etmək və peşəkar mühitdə özünüzü inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Namizədə dair tələblər:

• Cins: Xanım

• Təhsil: Magistr

• İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, riyaziyyat, statistika və əlaqəli ixtisaslar;

• Yeni məzun olmuş və ya karyerasının ilkin mərhələsində olan namizədlər;

• Ali məktəbə qəbul balı və akademik göstəriciləri (GPA) yüksək olan namizədlərə üstünlük veriləcək;

• Analitik və məntiqi düşüncə qabiliyyəti;

• Riyazi biliklər və rəqəmlərlə işləmə bacarığı;

• Problem həll etmə və araşdırma aparma bacarığı;

• Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;

• Öyrənməyə və inkişaf etməyə açıq olmaq;

• Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;

• Komandada işləmək və təşəbbüs göstərmək bacarığı.

Əsas vəzifələr:

• Biznes proseslərinin təhlili və təkmilləşdirilməsində iştirak;

• Əsasnamə, qayda və təlimatların hazırlanmasında iştirak;

• Məlumatların təhlili və hesabatların hazırlanması;

• Qərarvermə proseslərinə analitik dəstək;

• Korporativ idarəetmə və təşkilati inkişaf layihələrində iştirak.

Biz bu vakansiyada təcrübədən daha çox potensiala, öyrənmək həvəsinə, yüksək intellektual qabiliyyətə və inkişaf istəyinə önəm veririk.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: “Biznesin İnkişafı üzrə Kiçik Mütəxəssis”

Назад
FG
Kiçik Mütəxəssis - Biznesin İnkişafı Departamenti
FAB Group
Откликнуться
Опубликовано: 24 августа 2026
Дедлайн: 24 сентября 2026
Компания FAB Group
ID источника 149192
Просмотры 4

Detail.Share