Korporativ satış üzrə kiçik mütəxəssis
İşin təsviri
• Mövcud korporativ müştəri bazası ilə işləmək və müştəri münasibətlərini effektiv şəkildə idarə etmək;
• ERP sistemi üzərindən kommersiya təklifləri və sifarişlərin hazırlanması, yaradılması və izlənilməsi;
• Şöbənin gündəlik fəaliyyətinə dəstək göstərmək və verilən tapşırıqların vaxtında icrasında iştirak etmək;
• Yeni korporativ müştərilərlə əlaqələrin qurulması, telefon danışıqlarının aparılması və müştəri ehtiyaclarının müəyyən edilməsi;
• Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;
• Müştərilərin tələblərinə uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim edilməsi;
• Satış prosesinin effektiv həyata keçirilməsi məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək;
• Satılan məhsulların tədarük prosesinin koordinasiya edilməsi və sifarişlərin icra mərhələsinin izlənilməsi;
• Bazarın və rəqiblərin marketinq araşdırmasının aparılması, satış imkanlarının və yeni biznes potensialının müəyyənləşdirilməsi;
• Müştəri ehtiyacları, bazar tendensiyaları və satış nəticələri üzrə məlumatların təhlil edilməsi, rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Требования
- Ali təhsil;
- Korporativ satış, müştəri xidməti və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- ERP sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlü iş prinsipi;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Почему мы?
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.