Korporativ satış üzrə mütəxəssis
Namizədə dair tələblər:
• Ali/Natamam ali təhsil
• Satış sahəsində minimum 1-3 il iş təcrübəsi
• Microsoft Office proqramları;
• Kompüterlə işləmə bacarığı;
• Satış prossesi üzrə biliklər;
• Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü;
• Kollektivlə işləmək bacarığı
• Sürücülük vəsiqəsi və şəxsi avtomobil
İş barədə məlumat:
• Müştəri bazasının formalaşdırılması, mövcud və yeni müştərilərlə əlaqələrin qurulması (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
• Korporativ satışlarla bağlı mövcud və yeni müştərilərlə mütəmadi görüşlərin keçirilməsi.
• Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
• Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
• Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi;
• Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun təklif olunması
• Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
• Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
• Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək
İş şəraiti:
• İş vaxtı: 6 günlük (bazar ertəsi – cümə 09:00 - 17:00 dək, şənbə 09:00 - 14:00 dək;
• Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir (satışın nəticələrinə əsasən bonuslar təyin edilir);
• Nahar şirkət tərəfindən təmin edilir;
• Korporativ nömrə və danışıq limiti;
• Ünvan: Babək pr. 2222, “KAAN” şirkəti.
Uyğun namizədlərdən mövzu hissəsində “Korporativ satış üzrə menecer” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.