Вакансии
BR

Marketinq Meneceri

Boranı restoranlar şəbəkəsi

Boranı Restoranı Lənkəran filialı üzrə Marketinq Meneceri vakansiyası elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Lənkəran filialı üzrə marketinq fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi;

• Satış və müştəri sayının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin təşkili;

• Reklam və kampaniyaların hazırlanması və həyata keçirilməsi;

• Sosial media fəaliyyətinin koordinasiyası;

• Yerli bazarın və rəqiblərin fəaliyyətinin araşdırılması;

• Endirim, kampaniya və xüsusi günlər üçün marketinq layihələrinin hazırlanması;

• Filialın tanıtımının və brend standartlarının qorunmasının təmin edilməsi;

• Keçirilən kampaniyaların nəticələrinin təhlili və hesabatların hazırlanması;

• Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra olunması.

Требования

  • 25–40 yaş aralığında olmaq;
  • Marketinq sahəsində iş təcrübəsinin olması;
  • Təşkilatçılıq və kommunikasiya bacarığı;
  • Kreativ düşüncə və yeni ideyalar irəli sürmək bacarığı;
  • Sosial media və rəqəmsal marketinq üzrə əsas biliklər;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və intizamlı olmaq;
  • Restoran və xidmət sahəsində iş təcrübəsi üstünlükdür.
  • İş şəraiti
  • Əmək haqqı:1300-1500 AZN
  • İş yeri: Lənkəran şəhəri
  • İş qrafiki: Həftədə 6 gün,bir gün istirahət
  • Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
  • Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 077 244 56 51 nömrəsinə CV-nizi “Lənkəran üzrə Marketinq Meneceri” başlığı ilə göndərə bilərsiniz.
Назад
BR
Marketinq Meneceri
Boranı restoranlar şəbəkəsi
Откликнуться
Опубликовано: 13 августа 2026
Дедлайн: 13 сентября 2026
ID источника 148376
Просмотры 2

Detail.Share