Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi (Şirvan, Bərdə, Gəncə, Xaçmaz, Lənkəran və Mingəçevir filialları üzrə)
Təsvir
• Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması;
• Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması;
• Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi;
• Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması;
• Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması;
• Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması;
• Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.
Требования
- Ali təhsil;
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliyi;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri
- Peşəkar korporativ mühitdə işləmək imkanı
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.