Вакансии
KT

Mühafizəçi

Kaspi Təhsil Şirkəti

“Kaspi” Təhsil Şirkəti Mühafizə vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• Orta təhsil

• Sahə üzrə minimum 2 il iş təcrübəsi

• Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı

• Rus dili üzrə orta səviyyədə biliklər arzuolunandır

• Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və intizamlılıq

• Çeviklik və qısa zamanda qərar vermək bacarığı

• Şifahi ünsiyyət bacarığı

• Təxirəsalınmaz ilkin tibbi yardım biliyinin olması arzuolunandır

• İctimai təhlükəsizlik və əmlakla bağlı təhlükəsizlik qayda və normaları üzrə biliklər arzuolunandır

• Fiziki güc və xüsusi mühafizə vasitələrindən istifadə bacarığı

Должностные обязанности

  • Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək.
  • Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq.
  • Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
  • Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək.
  • Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
  • Mühafizə kameralarının işinə nəzarət etmək.
  • Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək.
  • Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək.
  • Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək.
  • Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.
  • Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.
  • Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən
  • İşə müraciət formasını doldurmaqla və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər https://www.kaspi.edu.az/career/
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Назад
KT
Mühafizəçi
Kaspi Təhsil Şirkəti
Откликнуться
Опубликовано: 02 августа 2026
Дедлайн: 02 сентября 2026
Компания Kaspi Təhsil Şirkəti
ID источника 147398
Просмотры 4

Detail.Share