Mühasib
Namizədə aid tələblər:
• Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
• Təhsil dərəcəsi: Bakalavr;
• Sahə üzrə iş təcrübəsi: Maliyyə sektorunda azı 3 illik iş təcrübəsinin olması arzu olunandır (sığorta sahəsində üstünlük verilir);
• Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı) və Rus (arzu olunan);
• Peşəkar mühasib sertifikatının (PMS) olması arzu olunandır;
• Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməsi arzu olunandır;
• Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu arzu olunandır (ACCA /DipIFR);
• Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat və təkrarsığorta əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
• Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması;
• Həm beynəlxalq, həm də yerli müştərilərlə yazışmalar aparmaq;
• Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.
Почему мы?
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- Push30 tətbiqində ödənişsiz üzvlük.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: 1500 AZN (gross).
- Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
- Namizədlərdən xahiş olunur ki, mövzu başlığında vəzifənin adını qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.