Вакансии
DH

Mühəndislik üzrə qrup rəhbəri / Mexanik

Dinamo Hotel Baku

Şöbə: Mühəndislik

Ünvan: Zərifə Əliyeva küç., 32

İşin Əhatə Dairəsi və Ümumi Məqsədi

• Mühəndislik departamentinin gündəlik fəaliyyətini koordinasiya etmək, otelin texniki sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki xidmət və təmir işlərinə nəzarət etmək.

İşin təsviri

• Mühəndislik komandasının gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;

• Otelin mexaniki, elektrik, HVAC, santexnika və digər texniki sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;

• Profilaktik texniki xidmət və təmir işlərinin planlaşdırılmasına və icrasına nəzarət etmək;

• Yaranan texniki nasazlıqların operativ aradan qaldırılmasını təmin etmək;

• Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;

• Xarici podratçıların gördüyü işləri koordinasiya etmək və keyfiyyətinə nəzarət etmək;

• Texniki ehtiyat hissələri və avadanlıqların səmərəli istifadəsini təmin etmək;

• Şirkətin müəyyən etdiyi standart və prosedurlara uyğun fəaliyyət göstərmək.

Namizədə olan tələblər

• Mühəndislik və ya texniki xidmət sahəsində minimum 2-3 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);

• Mexaniki, elektrik, HVAC və bina mühəndislik sistemləri üzrə biliklər;

• Komandanı idarəetmə, iş bölgüsü və problem həll etmə bacarığı;

• Azərbaycan dilini sərbəst, ingilis dili biliyi üstünlükdür;

• Məsuliyyətli, operativ, komanda ilə işləmək və qərarvermə bacarığına malik olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühəndislik üzrə qrup rəhbəri rəhbəri/Mexanik” və ya “Engineering Team Leader / Mechanic” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Назад
DH
Mühəndislik üzrə qrup rəhbəri / Mexanik
Dinamo Hotel Baku
Откликнуться
Опубликовано: 06 августа 2026
Дедлайн: 31 августа 2026
Компания Dinamo Hotel Baku
ID источника 147845
Просмотры 1

Detail.Share