Plazma kəsmə dəzgahının operatoru
Vəzifə və öhdəliklər:
• Plazma kəsmə dəzgahının düzgün və təhlükəsiz idarə olunması;
• 3 mm-dən 100 mm-ə qədər qalınlıqda metal materialların dəqiq və keyfiyyətli kəsilməsi;
• Texniki çertyojlara uyğun kəsmə işlərinin yerinə yetirilməsi;
• Avadanlığın düzgün istismarının təmin edilməsi və texniki vəziyyətinə nəzarət edilməsi;
• İş prosesində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizəddən tələblər:
• Plazma kəsmə dəzgahı ilə işləmək üzrə minimum 2 il iş təcrübəsi;
• Texniki çertyojları oxumaq bacarığı (üstünlükdür);
• Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
• Komandada işləmək bacarığı.
İş şəraiti:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
• İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi 20;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək;
• Rəsmi əmək müqaviləsi.
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Plazma kəsmə dəzgahı operatoru" qeyd etməklə göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.