Port Baku filialın Nağd əməliyyatları qrupunun Xəzinədarı
Təsvir
• Daxil olmuş pulların sayılması;
• Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması;
• Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək;
• Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması;
• Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi;
• ABS-də müxabirləşmələrin aparılması;
• Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi;
• Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi;
• Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi;
• Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi;
• Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə);
• Baş xəzinədarın işdə olmaması halında bütün kassirlərin (öz əməliyyatları istisna olmaqla) əməliyyatlarını bank sistemində təsdiq etmək;
• Baş xəzinədar müəyyən səbəblərə görə işdə olmadıqda, bunkerin açıb-bağlama prosesində iştirak etmək.
Требования
- Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi (il və/və ya sahə olaraq): Xəzinə və Bank sahəsində 3 il;
- Texniki səriştələr: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi, Mərkəzi bankın qaydaları, FlexCube;
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta);
- Kompüter bilikləri: Word, Excel, Outlook.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.