PC
PVC membran və izolyasiya ustası
Pro Con izo MMC
İşin Məzmunu:
• PVC membran dam örtüklərinin quraşdırılması və montaj işlərinin həyata keçirilməsi;
• PVC membran materiallarının səthə düzgün şəkildə sərilməsi və bərkidilməsi;
• Membranların isti hava qaynağı üsulu ilə birləşdirilməsi;
• Membran birləşmələrinin və tikişlərinin keyfiyyətinin yoxlanılması;
• Dam səthinin, təməlin, pərdənin, pandusun izolyasiyaya hazırlanması və texniki tələblərə uyğun işlərin görülməsi;
• Hidroizolyasiya işlərinin düzgün və keyfiyyətli şəkildə həyata keçirilməsi;
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunması.
Требования
- PVC membran quraşdırılması sahəsində iş təcrübəsi;
- PVC membranların qaynaq və montaj texnologiyasını bilməsi;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Fiziki işə uyğunluq.
- İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki;
- Əmək haqqı: 800–1000 AZN;
- İş yeri: Bakı şəhəri.
- Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “PVC Membran və izolyasiya ustası” qeyd etməklə göndərə bilərlər.