Qaynaqçı
Vəzifələri:
• Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
• Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq;
• Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək;
• Qaynaq əməliyyatları: Texniki spesifikasiyalara əsasən, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, keçmə xətlərində, ayrı birləşmələrdə və dirsəklərdə şaquli “yuxarı” və “aşağı” qövs qaynaq əməliyyatlarını həyata keçirmək.
• Qaynaq işlərinin idarə edilməsi: Qaynağın gedişinə və onun düzgün həyata keçirilməsinə nəzarət etmək, hər gedişdən sonra şovu təmizləmək.
• Xətaların aradan qaldırılması: Qüsurlar zamanı təmir işlərini aparmaq, lazım gələrsə, polad quruluşlu elementləri qaynaq etmək.
• Borularda qaynaq: Borularda minimum qaz axınının davam etdiyi halda qaynaq işlərini həyata keçirmək bacarığına sahib olmaq.
• Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
Требования
- Yaş: 25-55 yaş
- Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə) arzuolunandır.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.