Вакансии
ME

Qazmaçı köməkçisi

Modern Engineering Bureau of Azerbaijan

Должностные обязанности

  • Qazma meydançasında istifadə olunan avadanlıq və alətləri yoxlamaq, onların təmiz, saz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Paz, elevator, təhlükəsizlik xamutu, buruq açarları və digər alətlərin düzgün yerləşdirilməsinə və istifadəyə hazır olmasına nəzarət etmək;
  • Qazma meydançasının, buruqaltı sahənin və qapalı ərazilərin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Boruların və avadanlıqların yığılması, sökülməsi, qaldırılması və yerləşdirilməsi işlərində iştirak etmək;
  • Servis şirkətlərinin avadanlıqlarının qazma meydançasında quraşdırılmasına köməklik göstərmək;
  • Qazma məhlulunun hazırlanmasında iştirak etmək, kimyəvi reagentlərlə təhlükəsizlik qaydalarına uyğun işləmək;
  • Qazmaçının rəhbərliyi altında qazma avadanlıqlarını yoxlamaq və əməliyyatlarda iştirak etmək;
  • Atqıya qarşı və digər quyu nəzarəti avadanlıqlarının quraşdırılması, sökülməsi və yerinin dəyişdirilməsinə köməklik göstərmək;
  • Qazma məhlulunun çıxışına və miqdarına nəzarət etmək, dəyişikliklər barədə qazmaçını operativ məlumatlandırmaq;
  • Zəruri hallarda qüllə işçisini əvəz etmək və məhlulun hazırlanmasını həyata keçirmək;
  • Növbələr üzrə düzgün təhvil-təslimi təmin etmək;
  • İş başa çatdıqdan sonra ərazini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş yerlərə qaytarmaq;
  • SƏTƏM, ekoloji, nizam-intizam və təhlükəsizlik tələblərinə riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Требования

  • Orta və ya peşə təhsili;
  • Müvafiq sahədə və oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Qazma avadanlıqları, alətlər, borular və qazma məhlulunun hazırlanması üzrə ilkin praktiki biliklər;
  • Kimyəvi reagentlərlə təhlükəsiz işləmə qaydaları üzrə bilik;
  • SƏTƏM standartları və iş sahəsində təhlükəsizlik tələbləri barədə məlumatlılıq;
  • Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək bacarığı;
  • Komandada işləmək, verilən təlimatları düzgün yerinə yetirmək və məsuliyyətli davranmaq bacarığı;
  • Nizam-intizamlılıq, çeviklik, operativlik və öyrənməyə açıq olmaq;
  • Quruda və ya dənizdə işləmək imkanı.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Назад
ME
Qazmaçı köməkçisi
Modern Engineering Bureau of Azerbaijan
Откликнуться
Опубликовано: 10 августа 2026
Дедлайн: 10 сентября 2026
ID источника 148056
Просмотры 2

Detail.Share