Qrafik dizayner
Vəzifə öhdəlikləri;
• Şirkətin sosial media hesabları, reklam kampaniyaları və digər marketinq fəaliyyətləri üçün kreativ vizuallar hazırlamaq.
• Banner, poster, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal dizayn materiallarını hazırlamaq.
• Brend qaydalarına uyğun vizual konseptlər yaratmaq və tətbiq etmək.
• Foto və video çəkilişlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.
• Sosial media platformaları üçün qısa formatlı video kontent hazırlamaq və montaj etmək.
• Video materialların rəng korreksiyası, səs tənzimlənməsi, keçidlər və digər montaj işlərini yerinə yetirmək.
• Marketinq komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək.
• Vizual trendləri izləmək və yeni yanaşmaları layihələrdə tətbiq etmək.
Namizədə tələblər;
• Ali təhsil;
• İş təcrübəsi: Qrafik dizayn sahəsində minimum 1 il.
• Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign və ya Figma proqramlarını yüksək səviyyədə bilmək.
• Adobe Premiere Pro, Adobe After Effects vəya CapCut proqramlarında video montaj bacarığı.
• Foto və video çəkilişi üzrə praktiki biliklər.
• Kreativ düşüncə tərzi və detallara diqqət.
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Üstünlük hesab olunur;
• Motion Design və animasiya bacarıqları.
• Süni intellekt alətləri (Higgsfield, Runway, Adobe Firefly, Freepik AI və s.) ilə işləmək təcrübəsi.
• Sosial media trendləri və kontent strategiyası haqqında bilik.
• Portfolio təqdim edilməsi.
İş şəraiti;
• İş qrafiki: 6 günlük
• Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
• Əmək haqqı: 1000 AZN (net)
• Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D
Əlaqə: 0555003202
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.