Вакансии
MD

Quality Control Specialist

MEC Design MMC

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri

• Tikinti və fit-out işlərinin müəyyən edilmiş keyfiyyət standartlarına, layihə sənədlərinə və texniki tələblərə uyğun icrasına gündəlik nəzarət etmək;

• Görülən işlərin təsdiq edilmiş layihə, işçi çertyojları, texniki spesifikasiyalar və müvafiq standartlara uyğunluğunu yoxlamaq;

• İşlərin hər mərhələsi üzrə tələb olunan keyfiyyətə nəzarət sənədlərinin hazırlanmasını və düzgün sənədləşdirilməsini təmin etmək;

• Inspection Request (IR) və digər keyfiyyətə nəzarət sənədlərini hazırlamaq, yoxlamaq və izləmək;

• Document Control ilə koordinasiyalı işləmək və keyfiyyətə aid sənədlərin müvafiq tərəflərə, müştəriyə və layihə komandasına vaxtında təqdim olunmasını təmin etmək;

• İstifadə olunan materialların keyfiyyətini və təsdiq edilmiş material nümunələrinə uyğunluğunu yoxlamaq;

• Mock-up işlərinin keyfiyyət baxımından yoxlanılmasında və təsdiq prosesində iştirak etmək;

• Sahədə aşkar edilmiş uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və sənədləşdirmək;

• Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə düzəldici tədbirlərin (Corrective Actions) icrasına nəzarət etmək;

• Subpodratçıların və digər icraçı tərəflərin yerinə yetirdiyi işlərin keyfiyyətini monitorinq etmək;

• Təkrarlanan və sistemli keyfiyyət problemlərini müəyyənləşdirmək, səbəblərini analiz etmək və onların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsində iştirak etmək;

• Keyfiyyətlə bağlı texniki məsələləri aidiyyəti sahə komandası və Construction Manager ilə koordinasiya etmək;

• Gündəlik və həftəlik keyfiyyət hesabatlarını hazırlamaq və Construction Manager-ə təqdim etmək;

• Keyfiyyət göstəricilərinin, uyğunsuzluqların və görülmüş düzəldici tədbirlərin mütəmadi izlənilməsini təmin etmək;

• Layihənin təhvil-təslim mərhələsində keyfiyyət sənədlərinin və müvafiq qeydlərin tam və düzgün hazırlanmasına dəstək olmaq.

Требования

  • Ali təhsil — inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi mütləqdir;
  • Tikinti və fit-out layihələrində keyfiyyətə nəzarət üzrə praktiki iş təcrübəsi;
  • Fit-out və finishing işləri üzrə QC təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Inspection Request (IR), NCR, Corrective Action və digər keyfiyyətə nəzarət sənədləri ilə işləmək bacarığı;
  • Texniki sənədlər, çertyojlar, spesifikasiyalar və hesabatlarla işləmək bacarığı;
  • Document Control prosesi ilə koordinasiyalı işləmək bacarığı;
  • Materialların və görülən işlərin layihə və təsdiq edilmiş nümunələrə uyğunluğunu qiymətləndirmək bacarığı;
  • Mock-up və material approval prosesləri üzrə praktiki anlayış;
  • Təkrarlanan keyfiyyət problemlərini müəyyən etmək və onların qarşısının alınması istiqamətində tədbirlər görmək bacarığı;
  • Detallara yüksək diqqət və analitik düşünmə qabiliyyəti;
  • Güclü kommunikasiya, koordinasiya və hesabat hazırlama bacarığı;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları keyfiyyət hesabatlarının, sənədləşmənin, məlumatların analizi və digər iş proseslərinin hazırlanmasında effektiv tətbiq etmək bacarığı;
  • Müvafiq sahə üzrə real layihələrdə sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
  • Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Quality Control Specialist” qeyd edin.
  • Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Назад
MD
Quality Control Specialist
MEC Design MMC
Откликнуться
Опубликовано: 25 августа 2026
Дедлайн: 25 сентября 2026
Компания MEC Design MMC
ID источника 149304
Просмотры 3

Detail.Share