Вакансии
QE

Reception

Queen Education

İş şəraiti

• İş yeri: "AVA Business Center", Bakı

• İş rejimi: Tam iş günü

• İş saatları: 09:30-17:30

• Əmək haqqı: Razılaşma yolu ilə

Vəzifə haqqında

• Xaricdə təhsil sahəsində fəaliyyət göstərən Queen Education şirkətimizə ofisə gələn qonaqların qarşılanması, müştərilərlə ilkin ünsiyyətin qurulması və gündəlik reception işlərinin təşkilini həyata keçirəcək Receptionist axtarılır.

Əsas vəzifələr

• Ofisə daxil olan müştəri və qonaqların qarşılanması

• Müştərilərə şirkət və xidmətlər haqqında ilkin məlumatın verilməsi

• Telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi

• WhatsApp və digər kommunikasiya kanallarından daxil olan müraciətlərin cavablandırılması

• Müştərilərin konsultasiya üçün uyğun əməkdaşlara yönləndirilməsi

• Görüşlərin və konsultasiyaların qeydiyyatının aparılması

• Müştəri məlumatlarının daxili sistemə daxil edilməsi

• Sənədlərin qəbulu, çeşidlənməsi və aidiyyəti üzrə yönləndirilməsi

• Reception masasının və giriş hissəsinin səliqəli saxlanılması

• Gündəlik inzibati işlərdə komandaya dəstək göstərilməsi

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Требования

  • Xanım namizəd
  • Rus dili - Mütləq (səlis danışıq və ünsiyyət bacarığı)
  • Azərbaycan dili - yüksək səviyyədə
  • İngilis dili biliyi üstünlükdür
  • Ali təhsil arzuolunandır
  • Reception, administrator, müştəri xidmətləri və ya oxşar sahədə təcrübə üstünlükdür
  • Güclü kommunikasiya və insanlarla düzgün ünsiyyət qurmaq bacarığı
  • Gülərüz, nəzakətli və müştəriyönümlü olmaq
  • Səliqəli və təqdimata uyğun görünüş
  • Məsuliyyətli və diqqətli olmaq
  • Operativ və stress altında işləyə bilmək
  • Komandada işləmək bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Xaricdə təhsil sahəsinə maraq olması üstünlükdür

Почему мы?

  • İş saatları: 09:30-17:30
  • İş yeri: "AVA Business Center", Bakı
  • Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır
  • Peşəkar və dinamik iş mühiti
  • Xaricdə təhsil sahəsində təcrübə və inkişaf imkanı
  • Karyera yüksəlişi üçün perspektivlər
  • Gənc və mehriban komanda ilə işləmək imkanı
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Назад