Risk şöbəsinə mütəxəssis / baş mütəxəssis
BOKT “Caspian İnvest” MMC “Risk şöbəsinə mütəxəssis / baş mütəxəssis” vəzifəsi vakansiyasını elan edir.
İş şəraiti
• Şirkət: BOKT “Caspian İnvest” MMC
• Ərazi: Bakı şəh., Əhməd Rəcəbli küç. 2/15
• Maaş: Qarşılığlı razılaşma əsasında təyin olunur
• Müqavilə: Əmək müqaviləsi
İş barədə məlumat
• BOKT-nin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
• Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
• Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
• Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
• Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
• AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
• Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
• Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
• Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
Требования
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya Biznesin idarə edilməsi üzrə);
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
- Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel) işləmək bacarığı
- Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Məntiqi və analitik düşünmə tərzi.
- Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Risk şöbəsinə mütəxəssis / baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.