Вакансии
XB

Risklərin İdarə edilməsi İdarəsinin Bazar riski şöbəsinin aparıcı mütəxəssisi

Xalq Bank

Təsvir

• Stress testlərin həyata keçirilməsində iştirak (ölkə üzrə makro datanın və bankdaxili datanın toplanılması, ssenarilərin seçilməsi və s. kimi olmaqla, prosesə sonadək dəstək göstərilməsi);

• GAP analizinin aparılmasında iştirak (datanın toplanılması və hesabatın dövrü olaraq yenilənməsində dəstəyin göstərilməsi);

• Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənilməsi, dövrü hesabatlıq və müvafiq rəyin hazırlanmasında iştirak;

• Bankın maliyyə bazarlarında iştirakı ilə bağlı dövrü fəaliyyətinə rəy verilməsində iştirak;

• Bazar və likvidlik risklərinin idarə edilməsi fəaliyyəti üzrə şöbənin gündəlik işinə müəyyən səviyyədə yardım göstərmək.

Требования

  • Ali magistr təhsili (iqtisadi və ya maliyyə);
  • Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
  • Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
  • Aktiv, passiv, kapitalın strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər;
  • Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər;
  • Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında yetərli məlumatlılıq;
  • Bazar və likvidlik risklərinin idarə edilməsində istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və s.);
  • Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
  • Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
  • Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
  • Riyazi, statistik və makroiqtisadi biliklər;
  • Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri arzuolunandır.
  • İngilis dili biliyi vacibdir, rus dili arzuolunandır;
  • CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Назад
XB
Risklərin İdarə edilməsi İdarəsinin Bazar riski şöbəsinin aparıcı mütəxəssisi
Xalq Bank
Откликнуться
Опубликовано: 10 августа 2026
Дедлайн: 10 сентября 2026
Компания Xalq Bank
ID источника 148098
Просмотры 3

Detail.Share