Sahə Memarı
MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
• İncə İşlər Şefi ilə memarlıq dizayn ofisi arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
• Dizayn ofisindən təqdim olunan layihə və işçi çertyojlarının sahənin real şəraitinə uyğunlaşdırılmasını təmin etmək;
• Memarlıq layihələrinin, işçi çertyojların, spesifikasiyaların və digər layihə sənədlərinin sahədə düzgün tətbiqinə nəzarət etmək;
• Sahədə görülən işlərin təsdiq edilmiş layihə, çertyoj və texniki spesifikasiyalara uyğunluğunu yoxlamaq;
• Sahədə yaranan memarlıq, texniki və layihə ilə bağlı məsələləri müəyyənləşdirmək, aidiyyəti tərəflərlə koordinasiya etmək və həllində iştirak etmək;
• Subpodratçıların memarlıq və finishing işlərinin layihə tələblərinə uyğun icrasının koordinasiyasında iştirak etmək;
• Memarlıq finishing işlərinin keyfiyyətinə və layihə detallarına uyğun icrasına nəzarət etmək;
• Material nümunələrinin, material seçimlərinin və mock-up işlərinin yoxlanılmasında və təsdiq prosesində iştirak etmək;
• Dizayn və layihə dəyişikliklərini müəyyən etmək, sənədləşdirmək və müvafiq məlumatları aidiyyəti şəxslərə çatdırmaq;
• Sahədə dəyişikliklər və faktiki icra ilə bağlı as-built məlumatların düzgün şəkildə qeydə alınmasını təmin etmək;
• Layihə sənədləri ilə faktiki icra arasında uyğunsuzluqları müəyyənləşdirmək və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsində iştirak etmək;
• Gündəlik və həftəlik görülən işlər, layihə dəyişiklikləri, texniki məsələlər və sahənin icra vəziyyəti üzrə hesabatlar hazırlamaq;
• İncə İşlər Şefinin tapşırıqlarının memarlıq və sahə üzrə vaxtında və düzgün icrasını təmin etmək.
Требования
- Ali təhsil — Memarlıq; mütləqdir;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
- Tikinti sahəsində, xüsusilə memarlıq və finishing işləri üzrə praktiki iş təcrübəsi;
- Fit-out və finishing layihələrində təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- AutoCAD və digər müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı;
- İşçi çertyojlarını, memarlıq layihələrini və texniki spesifikasiyaları oxuma və düzgün şərh etmə bacarığı;
- Dizayn ofisi ilə effektiv kommunikasiya qurmaq və sahə ilə dizayn komandası arasında koordinasiyanı təmin etmək bacarığı;
- Material nümunələri, mock-up və memarlıq finishing işləri üzrə praktiki anlayış;
- As-built məlumatların hazırlanması və sənədləşdirilməsi üzrə bacarıq;
- Layihə dəyişikliklərini izləmək, sənədləşdirmək və müvafiq tərəflərlə koordinasiya etmək bacarığı;
- Güclü kommunikasiya, koordinasiya və problem həll etmə bacarığı;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihə sənədlərinin hazırlanması, məlumatların analizi, hesabatların hazırlanması və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
- Müvafiq sahə üzrə real layihələrdə sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
- Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Sahə Memarı” qeyd edin.
- Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!