Вакансии
CC

Sahə mühəndisi

Capital Construction MMC

Должностные обязанности

  • Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin planının işçi çertyojlarına, layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırmaq, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək;
  • Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib etmək;
  • Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək;
  • Texniki sənədlərin ekspertizasını aparmaq, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək;

Требования

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
  • Tikinti sahəsində minimum 5 il müvafiq iş təcrübəsi;
  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
  • Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
  • Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
  • Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;
  • İş şəraiti:
  • İş yeri: Bakı, Xətai r., 8 Noyabr prospekti
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 2500 - 2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Назад
CC
Sahə mühəndisi
Capital Construction MMC
Откликнуться
Опубликовано: 14 августа 2026
Дедлайн: 14 сентября 2026
Компания Capital Construction MMC
ID источника 148549
Просмотры 1

Detail.Share