WH
Satıcı - kassir
WHSmith
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Должностные обязанности
- Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərilərə məhsul seçimində kömək etmək
- Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək
- Nağd və nağdsız ödənişləri qəbul etmək
- Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
- Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
- Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
- Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
- Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək
Требования
- Minimum orta təhsil
- Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
- Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
- Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
- Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası
- Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
- Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - info@gudfood.az
- Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.