LL
Satış Meneceri (Logistika)
Loadstar Logistics
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü, 5 günlük
Logistika sahəsində fəaliyyət göstərən şirkətimiz komandasına təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarır.
Əsas vəzifələr
• Logistika xidmətlərinin korporativ müştərilərə satışı;
• Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
• Müştərilərlə görüşlərin və danışıqların aparılması;
• Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
• Müqavilələrin bağlanması və satış prosesinin idarə olunması;
• Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qorunması;
• Satış planlarının icrası və müntəzəm hesabatların hazırlanması.
Требования
- Logistika sahəsində satış üzrə minimum 2 il iş təcrübəsi (mütləqdir);
- Rus dilini sərbəst bilmək (mütləqdir);
- Azərbaycan dilini sərbəst bilmək;
- İngilis dili biliyi üstünlükdür;
- Korporativ satış və müştəri danışıqları üzrə təcrübə;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
- Şirkət təklif edir
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Satış nəticələrinə əsaslanan bonus sistemi;
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Stabil və peşəkar iş mühiti.
- Maraqlanan namizədlər CV-lərini əmək haqqı gözləntilərini qeyd etməklə "Satış Meneceri (Logistika)" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- Qeyd: Yalnız logistika sahəsində satış təcrübəsi olan və rus dilini sərbəst bilən namizədlərin müraciətlərinə baxılacaq.