Servis Koordinatoru / Servis Nəzarətçisi
Bakı Service Company məişət texnikasının quraşdırılması və təmiri üzrə fəaliyyət göstərən komandamıza məsuliyyətli və operativ Servis Koordinatoru / Servis Nəzarətçisi axtarırıq.
Vəzifənin əsas məqsədi:
• Servis sifarişinin qəbulundan başlayaraq texnikin təyinatı, müştəriyə səfəri, diaqnostika və təmir prosesinin izlənilməsi, işin tamamlanması və müştəri məmnuniyyətinə qədər bütün prosesə nəzarət etmək.
Əsas vəzifələr:
• Daxil olan servis sifarişlərinin texniklər arasında düzgün bölüşdürülməsi;
• Texniklərin gündəlik fəaliyyətinə və iş qrafikinə nəzarət;
• Hər bir sifarişin başlanğıcdan sona qədər sistem üzərindən izlənilməsi;
• Gecikmiş və tamamlanmamış sifarişlərin operativ şəkildə təqib edilməsi;
• Texniklərin müştəriyə vaxtında getməsinə nəzarət;
• Görülən işlərin keyfiyyətinin və servis standartlarına uyğunluğunun yoxlanılması;
• Təkrar müraciətlərin və zəmanət problemlərinin araşdırılması;
• Müştəri şikayətlərinin qəbul edilməsi və həllinin təşkil olunması;
• Problemli sifarişlər üzrə texniklərlə əlaqə saxlanılması və lazımi qərarların verilməsi;
• Texniklərin məhsuldarlığının və iş keyfiyyətinin monitorinqi;
• Gündəlik və aylıq KPI hesabatlarının hazırlanması;
• Servis proqramında sifariş statuslarının vaxtında və düzgün qeyd edilməsinə nəzarət;
• Rəhbərliyə servis prosesləri haqqında mütəmadi hesabat təqdim edilməsi.
Требования
- Servis, texniki xidmət və ya məişət texnikası sahəsində iş təcrübəsi;
- Texniklərlə işləmək və onların fəaliyyətinə nəzarət etmək bacarığı;
- Güclü təşkilatçılıq və problem həll etmə bacarığı;
- Operativ qərar qəbul etmək qabiliyyəti;
- Müştərilərlə düzgün və peşəkar ünsiyyət;
- MS Office, xüsusilə Excel üzrə yaxşı bilik;
- CRM / servis proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – əla;
- Rus dili – yaxşı səviyyədə;
- Texniki təhsil və məişət texnikası sahəsində təcrübə üstünlükdür.
Почему мы?
- İş yeri: Bakı
- Tam iş günü
- Əmək haqqı: 1,000–1,300 AZN + KPI bonus
- Rəsmi əmək müqaviləsi
- Peşəkar inkişaf və karyera imkanları
- Tələb olunan keyfiyyətələrə cavab verən şəxslər Cv – lərini mövzu hissəsində “Servis Koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.