Вакансии
CC

Smeta üzrə mühəndis

Capital Construction MMC

Должностные обязанности

  • Cəmiyyətin inşa olunan obyektləri üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğunu təmin etmək və onların təyinatı üzrə tikinti-quraşdırma işlərinin icrası üçün aidiyyəti strukturlara təqdim olunmasını təşkil etmək;
  • Smeta üzrə iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
  • Smeta qiymətlərinin faktiki çəkilmiş xərclərə uyğunluğunu yoxlamaq;
  • Materialların sərfiyyatına nəzarəti həyata keçirmək;
  • Layihə-smeta sənədləri ilə bağlı zəruri arayışları hazırlamaq və onların arxivdə mühafizəsini təmin etmək;
  • Layihələri təhlil etmək və müvafiq spesifikasiyaları yoxlamaq;
  • Ərazidə yerinə yetirilmiş işlərin layihəyə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar olduqda aradan qaldırmaq;
  • Görülmüş işlərə (naryadlara) dair qiymətlərin qiymət razılaşma protokollarına uyğunluğunu, görülmüş işlər üzrə (naryadların) faktiki iş həcmləriniyoxlamaq;

Требования

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Tikinti və smeta sahəsində ən azı 3 il iş təcrübəsi
  • Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
  • Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
  • Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
  • 1C proqramı ilə işləmə bacarığı
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
  • Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
  • İş şəraiti:
  • İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 2000-2500 manat (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.)
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Назад
CC
Smeta üzrə mühəndis
Capital Construction MMC
Откликнуться
Опубликовано: 11 августа 2026
Дедлайн: 11 сентября 2026
Компания Capital Construction MMC
ID источника 148174
Просмотры 2

Detail.Share