Вакансии
ME

Takelajçı (Rigger)

Modern Engineering Bureau of Azerbaijan

Должностные обязанности

  • Yükqaldırma əməliyyatlarını təhlükəsiz və qüvvədə olan prosedurlara uyğun həyata keçirmək;
  • Müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması, qaldırılması, daşınması və quraşdırılması işlərində iştirak etmək;
  • Yükqaldırma avadanlıq və aksesuarlarının dövri yoxlanılması və sertifikatlaşdırma proseslərini nəzarətdə saxlamaq;
  • Yükün çəkisinə və xüsusiyyətlərinə uyğun strop, kanat, zəncir və digər yükqaldırma ləvazimatlarını düzgün seçmək və istifadə etmək;
  • Yükqaldırma avadanlıqlarını və ləvazimatlarını istifadədən əvvəl və sonra vizual yoxlamaq;
  • Yükqaldırma əməliyyatlarını qüvvədə olan təhlükəsizlik qaydaları və yükqaldırma prosedurlarına uyğun yerinə yetirmək;
  • Yükqaldırma avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Zəruri hallarda müvafiq sertifikat əsasında avtoyükləyicidən (Forklift) istifadə etmək;
  • SƏTƏM, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək;
  • Növbə təhvil-təslimini düzgün həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Требования

  • Orta və ya peşə təhsili;
  • Müvafiq sahədə və oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Yükqaldırma əməliyyatları və yükqaldırma avadanlıqları ilə işləmək üzrə praktiki biliklər;
  • Strop, kanat, zəncir və digər takelaj avadanlıqlarından təhlükəsiz istifadə bacarığı;
  • SƏTƏM, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydaları üzrə biliklər;
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
  • Qazma qurğularında təcrübə üstünlükdə;
  • Takelajçı (Rigger) sertifikatının olması üstünlükdür;
  • Forklift idarəetmə sertifikatının olması üstünlükdür;
  • Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Назад
ME
Takelajçı (Rigger)
Modern Engineering Bureau of Azerbaijan
Откликнуться
Опубликовано: 10 августа 2026
Дедлайн: 10 сентября 2026
ID источника 148055
Просмотры 1

Detail.Share