AE
Təminat şöbəsi - Xidmətçi
Azerbaijan Energy Regulatory Agency
Должностные обязанности
- Ona həvalə edilmiş mətbəx otağının, mətbəx otağındakı avadanlıqlarının və qab-qacaqların təmizliyini qoruyur;
- İclaslar zamanı masaların, iclas otaqlarının təmizliyini həyata keçirir və iclas iştirakçılarına tələb olunan qida məhsullarını (çay, qəhvə və s.) çatdırır;
- İşçilərin çay fasiləsi zamanı çay tələbatını təmin etmək üçün vaxtlı-vaxtında çay hazırlıqlarını həyata keçirir;
- Şöbə müdiri tərəfindən digər tapşırılan işləri yerinə yetirir;
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir;
- Sanitar-gigiyenik ləvazimatlar bitdikdə əlavə olunmasını həyata keçirir;
- Agentliyin inzibati binasında olan arxiv və anbar otaqlarının təmizliyini yerinə yetirir;
- Ümumi təmizliyə nəzarət edir və icrası ilə bağlı tədbirlər görür;
- Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Требования
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq (başlanğıc səviyyədə rus dili arzuolunandır);
- Yaş həddi 25-45 aralığı;
- Səliqəli və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək və ünsiyyət qurmaq bacarığı.
- Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84
- Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsinə xidmətçi) qeyd etməniz tələb olunur.