Təmizlik işləri üzrə supervayzer (Naftalan)
Nə təklif edirik?
• “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
• Peşəkar komanda ilə işləmək fürsəti;
• İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
• Təmizlik cədvəlinin hazırlanması və iş bölgüsünün həyata keçirilməsi;
• Təmizlik işçilərinin rəhbərliyi, motivasiyası və təlimi. İşçilərin performansını izləmək və qiymətləndirmək;
• Təmizlik standartlarının qorunması üçün mütəmadi olaraq yoxlamalar aparmaq və nəticələri analiz etmək;
• Təmizlik məhsulları və avadanlıqlarının monitorinqi, ehtiyacların müəyyənləşdirilməsi və sifarişlərin verilməsi;
• Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
• Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunması;
• Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
• İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
Требования
- Ali və orta təhsil;
- Təmizlik sahəsində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını bilmək;
- Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
- İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş yeri: Naftalan şəhəri;
- İşçi telefon danışığı ilə təmin edilir.
- CV-lərinizi “Təmizlik işləri üzrə supervisor” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.