Вакансии
MD

Tenderlər üzrə Menecer

MEC Design MMC

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri

• Tikinti və fit-out layihələri üzrə tender sənədlərinin hazırlanmasını və tender prosesinin təşkilini həyata keçirmək;

• Tender sorğularını (RFQ) hazırlamaq və potensial təchizatçı və subpodratçılara göndərmək;

• Tenderdə iştirak edən təchizatçı və subpodratçıların təkliflərini toplamaq, sistemləşdirmək və müqayisə etmək;

• Kommersiya və texniki təkliflərin müqayisəli analizini aparmaq;

• BOQ (Bill of Quantities) və texniki spesifikasiyaların hazırlanmasında iştirak etmək, onların düzgünlüyünü və tamlığını yoxlamaq;

• Layihə çertyojlarının, BOQ, texniki spesifikasiyaların və digər tender sənədlərinin bir-biri ilə uyğunluğunu yoxlamaq;

• Daxil olan qiymət təkliflərini analiz etmək və müqayisəli qiymət/cost breakdown cədvəlləri hazırlamaq;

• Təchizatçı və subpodratçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;

• Tenderlərin son təqdimetmə tarixlərini izləmək və tender təqvimini planlaşdırmaq;

• Tender prosesi çərçivəsində tələb olunan məlumat və sənədlərin vaxtında toplanmasını təmin etmək;

• Layihə komandası ilə koordinasiyada işləmək və tender üçün zəruri texniki məlumatların əldə edilməsini təmin etmək;

• Tender nəticələrini qiymət, texniki uyğunluq və kommersiya şərtləri baxımından analiz etmək;

• Tender nəticələri üzrə rəhbərliyə müqayisəli hesabat, yekun qiymətləndirmə və tövsiyələr təqdim etmək;

• Tender sənədlərinin sistemli şəkildə arxivləşdirilməsini və məlumat bazasının aktual saxlanılmasını təmin etmək;

• Tender prosesinin daha effektiv və sistemli aparılması üçün mövcud təchizatçı və subpodratçı bazasının inkişaf etdirilməsində iştirak etmək.

Требования

  • Ali təhsil — memarlıq, inşaat mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Tikinti və fit-out tenderləri üzrə praktiki iş təcrübəsi mütləqdir;
  • BOQ, texniki spesifikasiyalar, layihə çertyojları və kommersiya təklifləri ilə işləmək bacarığı;
  • Təchizatçı və subpodratçı təkliflərinin müqayisəli analizi və cost breakdown hazırlanması üzrə təcrübə;
  • Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı — Pivot Table, formulalar, məlumatların analizi və müqayisəli cədvəllərin hazırlanması;
  • Tender təqvimini və son tarixləri effektiv şəkildə idarə etmək bacarığı;
  • Güclü analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Süni intellekt (AI) alətlərindən, o cümlədən ChatGPT, Claude və analoji alətlərdən tender sənədlərinin hazırlanması, məlumatların analizi, təkliflərin müqayisəsi, hesabatların hazırlanması və digər tender proseslərində aktiv və effektiv istifadə bacarığı — mütləqdir;
  • İngilis dili üzrə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Tender sənədlərinin sistemləşdirilməsi və sənədləşmə prosesinə yüksək diqqət;
  • Fit-out layihələri üzrə tender təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Müvafiq sahə üzrə real tikinti və fit-out layihələrində sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
  • Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Tenderlər üzrə Menecer” qeyd edin.
  • Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Назад
MD
Tenderlər üzrə Menecer
MEC Design MMC
Откликнуться
Опубликовано: 25 августа 2026
Дедлайн: 25 сентября 2026
Компания MEC Design MMC
ID источника 149308
Просмотры

Detail.Share