Topoqraf
İş yeri: Qarabağ regionu (Düşərgə tipli)
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İşin təsviri:
• Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların) hazırlanması;
• Xəritə və sənədlərin surətlərinin çıxarılması və çoxaldılması işlərinin yerinə yetirilməsi;
• Görülmüş yerüstü geofiziki və topoqrafik işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi;
• Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin yerində icra edilməsi;
• Planlaşdırılmış və hesablanmış texniki işlərin, həmçinin materialların qrafiki qeydiyyatının aparılması;
• Sahədən əldə olunmuş topoqrafik məlumatların kamerallıq şəraitində işlənməsi;
• Müvafiq sənədlərin aidiyyatı üzrə ötürülməsinə və onların icra şərtlərinə nəzarət edilməsi.
Tələblər:
• Müvafiq sahə (Geodeziya, Topoqrafiya, Kartoqrafiya və ya İnşaat mühəndisliyi) üzrə ali təhsil;
• Sahə üzrə minimum 3-5 il rəsmi iş təcrübəsi;
• Elektron Taxeometr (Total Station), GPS, Nivelir kimi geodeziya ölçmə alətlərində sərbəst işləmək bacarığı;
• MS Office proqramlarını (Word, Excel, PowerPoint) və AutoCAD proqramını peşəkar səviyyədə bilməli;
• Düşərgə şəraitində və ezamiyyət rejimində işləməyə uyğun olmalı.
Təminatlar:
• Düşərgədə pulsuz yerləşmə (qalmaq xərci şirkət tərəfindən qarşılanır);
• Gündəlik qidalanma təminatı (yemək xərci şirkət tərəfindən qarşılanır).
Maraqlanan namizədlərdən öz CV-lərini "Topoqraf (Qarabağ)" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.