6-cı dərəcə kran operatoru (Bakı Limanı)
Təsvir
Mürəkkəb və kompleks (0-75 aralığında və 75 tondan yuxarı) yük qaldırma əməliyyatlarını icra etmək; Tandem yük qaldırma əməliyyatlarında iştirak etmək; Trosların bərkidilməsinin düzgünlüyünün yoxlamaq, tormozları və qoruyucu qurğuları tənzimləmək; Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək; Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükə və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək; Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək; Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq; Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
Tələblər
- Portal kran operatoru (6-cı dərəcəli) sertifikatı; Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsinə dair biliklər; Kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətinə dair biliklər; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını bilmək; Yanğından mühafizənin norma və qaydalarına dair biliklər; Problem həlletmə; Risklərin idarə edilməsi; Peşəkar ehtiyatlılıq.