Böyük Maliyyə Analitiki
Təsvir
Maliyyə planlaşdırması və təhlili fəaliyyətinə rəhbərlik etmək: illik büdcə, dövri proqnozlar, uzunmüddətli planlar və ssenari modelləşdirməsi; Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, büdcə, proqnoz və əvvəlki dövrlərlə kənarlaşmaları izah etmək və nəticələri rəhbərliyə təqdim edilməsi; Brend, SKU, müştəri, satış kanalı və region üzrə rentabellik təhlilinin aparılması, o cümlədən ümumi mənfəət marjası, töhfə marjası və qiymət-həcm-çeşid təhlili; İstehsal xərclərini və istehsalat göstəricilərini təhlil edilməsi: material çıxımı, tütün xammalının sərfi, tullantılar, avadanlıq səmərəliliyi (OEE), əmək və dolayı xərclərin bölüşdürülməsi, min siqaretə düşən maya dəyəri; Aksiz dərəcələrinin dəyişməsinin, qiymət artımlarının, tənzimləyici yeniliklərin və bazar dinamikasının həcm, gəlir və mənfəətə maliyyə təsirini modelləşdirilməsi; Kapital qoyuluşları, yeni istehsal xətləri, yeni məhsullar və xərc optimizasiyası təşəbbüsləri üzrə investisiya qiymətləndirməsi və biznes əsaslandırmaları (NPV, IRR, geri qaytarılma müddəti) hazırlanması; Maliyyə modelləri və hesabat alətləri qurmaq və inkişaf etdirmək; idarəetmə panellərini və KPI hesabatlarının avtomatlaşdırılması; Dövriyyə kapitalını, ehtiyat səviyyələrini, anbar günlərini, debitor və kreditor borclarının dövriyyəsini izləmək və təkmilləşdirmə tədbirlərinin təklif edilməsi; İstehsal, Kommersiya, Təchizat Zənciri və Satınalma komandaları ilə tərəfdaşlıq quraraq əməliyyat və kommersiya qərarlarını dəstəkləyən maliyyə təhlillərin təqdim edilməsi; Yuxarı rəhbərlik, səhmdarlar və qrup mərkəzi üçün idarəetmə hesabat paketləri və təqdimatların hazırlanması; Tütün sektoru üzrə bazar, rəqib və sənaye məlumatlarının izlənilməsi və onların proqnozlara və strateji təhlilə daxil edilməsi; Xərclərin optimallaşdırılması və səmərəlilik imkanlarını müəyyən etmək, tətbiq olunan təşəbbüslərin maliyyə nəticələrini izləmək; Məlumat keyfiyyətinin, planlaşdırma proseslərinin, ERP/BI hesabat strukturlarının və maliyyə təhlili ilə bağlı daxili nəzarətlərin təkmilləşdirilməsini dəstəkləmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; magistr dərəcəsi üstünlükdür; Maliyyə təhlili, FP&A, kontrollinq və ya biznes analitikası sahəsində ən azı 4–5 il təcrübə; istehsalat və ya FMCG təcrübəsi üstünlük təşkil edir; Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma, maya dəyərinin uçotu və idarəetmə hesabatlılığı metodologiyaları üzrə güclü biliklər; Microsoft Excel və maliyyə modelləşdirməsi üzrə ekspert səviyyəsində biliklər; Power BI, Tableau və ya oxşar BI alətləri ilə təcrübə üstünlükdür; ERP sistemləri (SAP) və böyük həcmli məlumatlarla praktiki iş təcrübəsi; SQL bilikləri üstünlükdür; IFRS, habelə tütün məmulatlarına tətbiq olunan aksiz vergisi və tənzimləyici tələblər barədə anlayış; Peşəkar sertifikat (ACCA, CFA, CIMA və ya qismən tamamlanmış proqram) üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək və İngilis dilində yüksək səviyyə (yazılı və şifahi); Rus dili üstünlükdür.