CA
Digital Marketinq üzrə Təlimçi
Code Academy
Təsvir
İşin təsviri: Tədris Akademik partnyoru olduğumuz, İrlandiya mərkəzli Digital Marketing Institute-un proqramı əsasında hazırlanmışdır. Vəzifə öhdəlikləri: Tələbələrin suallarını cavablandırmaq və onlara praktiki tapşırıqlarda dəstək olmaq; Dərs prosesində müasir marketinq strategiyalarını və real layihələrdən nümunələri paylaşmaq; Tələbələrlə birlikdə real rəqəmsal marketinq kampaniyalarının planlanması və icrasına nəzarət etmək; Tələbələrin gələcəkdə istifadə edə biləcəkləri praktiki işlərdən ibarət portfolionun hazırlanmasına dəstək vermək; Tələbələrin təqdim etdiyi işlərin qiymətləndirilməsi və onlara konstruktiv rəy vermək.
Tələblər
- Təkliflərimiz: Peşəkar heyəti ilə professional formada inkişaf etdirəcək iş mühiti; Yerli və xarici ekspertlərlə birgə iş təcrübəsi; Modern/ kreativ üslubda iş şəraiti; Karyera irəliləyişlərində hamıya bərabər olan yeni imkanlar; Bilikləri paylaşmağa açıq olan gənc və dinamik komanda; Müasir texnologiyalardan istifadə etmək imkanı; Rəqabətə davamlı əmək haqqı. Namizədə Tələblər: Rəqəmsal marketinq sahəsində ən azı 5 illik iş təcrübəsi; Google Ads, Meta Ads, SEO və Google Analytics ilə uzunmüddətli və praktiki iş təcrübəsi və yüksək məbləğdə reklam büdcəsinin səmərəli idarə olunması bacarığı; Mütəxəssis biliklərini tələbələrə sadə və anlaşıqlı şəkildə çatdırmaq bacarığı; Müasir təqdimat vasitələrindən istifadə etməklə təlim materiallarını maraqlı və təsirli formada təqdim etmək bacarığı. Əlavə məlumat: Dərs saatları həftəiçi səhər saatları (9:00 - 12:45) olaraq nəzərdə tutulur; Beynəlxalq sertifikata (DMI) malik olan namizədlər üstünlükdür; Akademik təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.