Əyirici operator
Təsvir
Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün, ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək; İş vaxtı sahə daxilində Növbə rəisi və usta tərəfindən verilən tapşırıqları icra etmək; Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərə məlumat vermək; Maşın və avadanlıqlara qulluq etmək, təmiz saxlamaq; İş prossesinə iş sahəsinə, növbənin ərazi, avadanlıq baxımından təmiz və səliqəli, avadanlıqların işlək və saz vəziyyətdə təhvil alınmasından başlamaq; Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz sürətdə aparmaq; Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək; İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək.
Tələblər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək; Tam orta təhsil; Şifahi və yazılı ünsiyyət bacarıqları; Komandada işləmə bacarığı; Diqqətlilik; Məsuliyyətlilik. Əlavə məlumat: İş qrafiki: Növbəli; İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 95; Nahar şirkət tərəfindən təmin edilir.