İnsan Resursları üzrə kiçik mütəxəssis (Qəbələ)
Təsvir
Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədləşməsinin aparılmasında iştirak etmək; Əməkdaşların şəxsi işlərinin formalaşdırılması, sənədlərin elektronlaşdırılması və arxivləşdirilməsini həyata keçirmək; Əmək müqavilələri, əmrlər və digər kadr sənədlərinin hazırlanması və rəsmiləşdirilməsində iştirak etmək; İşə qəbul, vəzifə dəyişikliyi və işdən çıxış proseslərinin sənədləşdirilməsinə dəstək olmaq; Əməkdaşların məzuniyyət, ezamiyyət və davamiyyət məlumatlarının uçotunu aparmaq; HR məlumat bazasını və işçi məlumatlarını müvafiq sistemlərdə yeniləmək; Əməkdaşların gündəlik HR müraciətlərinin cavablandırılmasına dəstək göstərmək; HR sənədlərinin arxivləşdirilməsi və məlumatların məxfiliyinin qorunmasına riayət etmək; Əmək qanunvericiliyi və şirkətin daxili prosedurlarına uyğun olaraq digər HR tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali təhsil; MS Office proqramlarında işləmək bacarığı; Komandada işləmək və öyrənməyə açıq olmaq; İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi. İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsi Qəbələ və yaxın rayonlardan daxil olan CV-lər nəzərdən keçiriləcək.