Vakansiyalar
"A

İT İnfrastrukturu Departamenti, Texniki Dəstək Şöbəsi- mütəxəssis

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Təsvir

Daxil olan sorğuların vaxtında və düzgün həll edilməsinin təmin olunması; İstifadəçi kompüterlərində və periferik qurğularda yaranmış proqram və avadanlıq nasazlıqlarının diaqnostikası və aradan qaldırılması; Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi; Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması; Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması; İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması; İp telefonların konfigurasiya edilməsi; Elektron poçtun istifadəçi komputerlərində ayarlanması; Printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi; NVR/DVR sistemləri ,müşahidə kameraları və access control üzrə problemlərin həlli; Masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi.

Tələblər

  • Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır); İT sahəsində azı 1 il iş təcrübə; Analitik düşüncə və problem həll etmə bacarığı; Detallara və nəticəyə yönümlü olmaq; Komandada işləmək və ünsiyyət bacarıqları; Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ya ingilis dili biliyi arzuolunandır ); Windows OS / MacOS əməliyyat sistemləri üzrə biliklərin olması; Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza biliklərinin olması; TCP/IP, DNS, DHCP,LAN, VLAN, WLAN və VPN kimi protokolların işləmə prinsiplərini anlamalı; Müxtəlif növ Backup program təminatları ilə iş təcrübəsinin olması ; AP, Router, Network Printer, Scanner və s. kimi avadanlıqların sazlanması; Bölgələrə ezamiyyətə gedə bilmək.
Geri