Vakansiyalar
HC

Korporativ Satış Rəhbəri

Hikvision CO MMC

Təsvir

Korporativ satış strategiyasının hazırlanması və icrasını təmin etmək; Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi; Yeni korporativ müştərilərin və layihələrin cəlb edilməsi; Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması; B2B və layihə satışlarının idarə olunması; Tender və kommersiya təkliflərinin hazırlanması prosesində iştirak etmək; Müştəri ehtiyaclarını təhlil edərək uyğun məhsul və həllərin təqdim olunmasını təmin etmək; Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və satış prosesini yekunlaşdırmaq; Satış komandası üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün aparılması və komandanın inkişaf etdirilməsi; Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Debitor borclarının və müqavilə öhdəliklərinin izlənilməsi. İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək ( şənbə günü qısa iş günüdür) Əmək haqqı: Müsahibə əsasında (artan əmək haqqı + yüksək bonus)

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır Texnologiya, elektronika, təhlükəsizlik sistemləri və ya əlaqəli sektorda iş təcrübəsi; Satış və komanda idarəetməsi üzrə uğurlu təcrübə; Satış planlaması və KPI-larla işləmək bacarığı; MS Office, CRM, ERP və digər müvafiq proqramlarda istifadə təcrübəsi Rus dili (Əla) , İngilis dili (arzu olunan) Yaş : 26 – 40 Biz təklif edirik: • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək • Rəqabətli əmək haqqı və müavinətlər paketi • Yeni ideya və yanaşmalara açıq mühit
Geri